AZ

Maykl Cordanın imzaladığı kart hərracda rekord qiymətə satıldı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyaca məşhur keçmiş basketbolçu Maykl Cordanın NBA-da debüt etdiyi mövsümə aid ticarət kartı rekord qiymətə satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri "Goldin Auctions" hərrac evinə istinadən məlumat yayıb.

Məlumata görə, 1986-1987-ci illərə aid olan və yaxşı vəziyyətdə qalan kart 2.7 milyon ABŞ dollarına alıcı tapıb. Qeyd edək ki, bu kartın bənzər bir nüsxəsi daha əvvəl 2.5 milyon dollara satılmışdı.

"Bütün zamanların ən böyük idmançılarının avtoqraflı kartları hər bir kolleksiyanın zirvəsidir. Bu hərrac bir daha sübut etdi ki, belə kartların dəyəri zaman keçdikcə artır", - deyə hərrac evinin təsisçisi və baş direktoru Ken Qoldin bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
oxu.az

1Mənbələr