BAKI, 23 oktyabr. TELEQRAF
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə bölgə qubernatoru Aleksey Tekslər öz "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, yanğın yerində açıq alov söndürülüb və hazırda sahə suvarılır. Bundan sonra xilasedicilər dağıntıların altında qalanları axtarmağa başlayacaqlar və bunun üçün müvafiq qüvvə və vasitələr səfərbər olunacaq.
Partlayış nəticəsində 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
"Həkimlərimiz onların vəziyyətini sabitləşdirmək üçün bütün mümkün tədbirləri görürlər", - Tekslər bildirib.
O həmçinin qeyd edib ki, itkin düşənlərlə bağlı məlumat dəqiqləşdirilir.