AZ

Almaniyada miqrantların ən çox işlədiyi peşələr açıqlandı

BAKI, 23 oktyabr. TELEQRAF

Almaniyada miqrantların və onların övladlarının ən çox qaynaqçı, ictimai iaşə və tikinti sahələrində işlədiyi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, ən az miqrant isə polis, təcili yardım xidmətləri və dövlət strukturlarında çalışır.

2024-cü ilin sonuna qədər miqrantlar və onların uşaqları ölkənin işlək əhalisinin 26%-ni təşkil edirdi. Ən çox miqran faizi qaynaqçılar (60%), aşpazlar və qida istehsalı işçiləri (54%), tikinti dəstələrinin montajçıları (48%), nəqliyyat sürücüləri (47%), ət emalı işçiləri (46%), ofisiantlar və kafelərdə çalışanlar (45%), plastik və rezin istehsalı (44%), yükdaşıma (39%), metal emalı (37%) və yaşlılara qulluq (33%) peşələrində müşahidə olunur.

Ən az miqrant isə polis (7%), xilasedicilər (8%), dövlət qulluqçuları, ibtidai müəllimlər, hüquqşünaslar və vergi işçiləri (9–10%) arasında qeydə alınıb.

Statistika 2024-cü ildə aparılan əhalinin mikro-sensusuna əsaslanır, bu sorğu Almaniyada 15 yaşdan yuxarı əhalinin 1%-ni əhatə edib. Bununla yanaşı, yataqxanalarda yaşayanlar, o cümlədən çoxlu sayda qaçqınlar nəzərə alınmayıb.

Seçilən
96
teleqraf.com

1Mənbələr