AZ

Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 970 milyon dolları ötüb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycanarasında ticarət dövriyyəsinin həcmi 970,6 milyon dollar təşkiledib.

Trend xəbər verir ki, bubarədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 1,43 faiz çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarətdövriyyəsində 5,2 faiz payla Türkiyə, ABŞ, Rusiya, Çin vəQırğızıstandan sonra 6-cı yerdə qərarlaşıb.

Qeyd olunan dövrdə Gürcüstandan Azərbaycana 529,9 milyon dollardəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 2,6 faizazdır. Azərbaycan Gürcüstanın ixracında 10,3 faiz payla qonşuölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan vəRusiyadan sonra 4-cü yerdə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxalı etdiyi məhsulların həcmi isəötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 440,7 milyondollara yüksəlib. Azərbaycan 3,3 faiz payla qonşu ölkənin idxalındaABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra7-ci əsas idxal tərəfdaşı olub.

Seçilən
22
8
az.trend.az

9Mənbələr