BAKI, 23 oktyabr. TELEQRAF
Rusiyanın Kamçatka diyarı yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri yerin 8,9 kilometr dərinliyində yerləşib.
Hazırda dağıntılar və ya zərərçəkənlər barədə məlumat verilməyib.
 
                        