BAKI, 23 oktyabr. TELEQRAF
Şimali Koreya (KXDR) iki hipersəs raketinin uğurlu sınağını həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, hər iki raket hədəfi dəqiq vurub.
Bundan əvvəl Şimali Koreya Yapon dənizi istiqamətində qısa mənzilli ballistik raket buraxmışdı.