AZ

Məhkəmə qadını öldürən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə qəsdən adam öldürmədə təqsirləndirilən Niyazi Təhməzovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

Qeyd: 2017-ci ilin aprelində Yardımlı rayonunun Telavar kəndi ərazisində 37 yaşlı Təhməzov Niyazi Baxas oğlu tanışı 23 yaşlı Babayeva Natəvan Azəddin qızını onunla mübahisə zamanı boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib.
 

Öldürülən qadının N.Təhməzovla münasibətinin olduğu üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və aprelin 13-də meyiti gizlətdiyi yeri göstərib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Təhməzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 


Tarix: 23 Oktyabr 2025, 08:12   
Seçilən
73
pravda.az

1Mənbələr