Rusiyanın Kamçatka vilayətində 6 val gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 233 km aralıda, ocağı isə 8,9 km dərinlikdə yerləşib.