Ərizənin arxa tərəfində imza olmadıqda və ya imza sənəddəki imzadan fərqli olduqda, nəzarətçi görüşə gəlmiş şəxsə xəbərdarlıq edir. Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Əgər ərizə yenidən imzalanmasa və ya şəxsiyyət uyğun gəlməsə, görüşdən imtina olunur. Bu barədə akt tərtib edilir və Mərkəzdə saxlanılan əcnəbinin şəxsi işinə əlavə edilir. Hüquq pozuntusu hallarında Mərkəz rəhbərliyinə dərhal məlumat verilir.