AZ

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyayla müharibənin vaxtını açıqlayıb

General Fabiyen Mandon ordunu 3–4 il ərzində mümkün toqquşmaya hazır olmağa çağırıb...

Poliqon xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabiyen Mandon ordunun 3–4 il ərzində Rusiya ilə hərbi qarşıdurmaya hazır olmalı olduğunu bəyan edib. O, bu barədə Le Figaro qəzetinə verdiyi müsahibədə danışıb.

General Mandonun sözlərinə görə, yaxın illərdə Avropada Rusiya ilə toqquşma ehtimalı “tam real” ssenaridir və Fransa ordusu belə bir vəziyyətə hazır olmalıdır. O qeyd edib ki, qarşıdurma “artıq davam edən hibrid müharibə formasında” da ola bilər, lakin gələcəkdə “daha sərt və birbaşa hərbi toqquşmaların” baş verməsi də istisna edilmir.

Rusiya, müharibəni Avropa qitəsində davam etdirmək cazibəsinə malik olan bir ölkədir,” — deyə general vurğulayıb. Onun sözlərinə görə, bu amil Fransa ordusunun hazırlıq strategiyasının əsas istiqamətini müəyyənləşdirir. Mandon əlavə edib ki, belə bir ssenariyə hazır olmaq üçün Fransanın hərbi büdcəsinin artırılması zəruridir.

Bir gün əvvəl Fransa quru qoşunlarının komandanı general Pyer Şil də oxşar bəyanatla çıxış edərək, Avropanın “səhər başlaya biləcək labüd müharibəyə” hazırlaşmalı olduğunu demişdi.

Analitiklərin fikrincə, Fransa hərbi rəhbərliyinin ardıcıl sərt bəyanatları Avropada təhlükəsizlik arxitekturasının dəyişməsi və NATO-nun Şərq Cinahında artan gərginlik fonunda ölkənin müdafiə planlarının yenidən qiymətləndirilməsindən xəbər verir.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr