BAKI, 23 oktyabr. TELEQRAF
Oktyabrın 21-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən mənzildə yanğın hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, 1963-cü il təvəllüdlü Stupnikov Vadim Vladimiroviçin tənha yaşadığı evdə baş verən yanğın nəticəsində o, tüstüdən boğularaq dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.