AZ

Qaradağda avtomobildə partlayış: xəsarət alan var

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verməsibarədə məlumat daxil olub.

Trend xəbərverir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Məlumata görə, hadisə yerində əməliyyat şəraitininqiymətləndirilməsi zamanı vətəndaşa məxsus “MERCEDES” markalı minikavtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışınbaş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiqtəhlükəsizlik tədbirləri görülüb.

Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədənxəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.

Məqalədə:
Seçilən
16
41
az.trend.az

10Mənbələr