AZ

Rusiyada partlayış baş verib, həlak olanlar var

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən müəssisədə partlayış baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Teksler özünün "Telegram" kanalında məlumat yayıb.

“Hazırda doqquz nəfərin həlak olması təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlər onların vəziyyətini stabilləşdirmək üçün əlindən gələni edir. İtkin düşənlərlə bağlı məlumatlar dəqiqləşdirilir,” – deyə Teksler bildirib. 

Qubernatorun sözlərinə görə, müəssisəyə pilotsuz uçuş aparatının zərbə endirməsi versiyası təsdiqini tapmayıb.

Hazırda xilasedici və hüquq-mühafizə orqanları hadisə yerindədir, xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.

Seçilən
106
1
xezerxeber.az

10Mənbələr