77 yaşlı fəlsəfə doktoru və tanınmış ilahiyyatçı Fazil İsmayılov qəfil vəfat edib. Bu barədə yerli mətbuat yayıb.
İsmayılov küçədə hərəkət edərkən qəfil yıxılıb və hadisə yerində dünyasını dəyişib.
Fazil İsmayılov 17 il Ankara Universitetində dərs deyib, 29 kitabın müəllifi olub və “Qurani-Kərim”in rus və Azərbaycan dillərinə tərcüməsini həyata keçirib.