AZ

İlk 9 ayda neçə stomatoloji klinikada nöqsan aşkarlanıb? - AÇIQLAMA

Bakı. Trend:

2025-ci ilin ilk 9 ayında ölkə üzrə 75 özəl stomatolojiklinikada yoxlamalar aparılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə NazirliyininAnalitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, nəticədə 69 klinikada nöqsanlar aşkar edilib, 6klinika isə fəaliyyətini mövcud qanunvericiliyə tam uyğun şəkildəhəyata keçirib:

Yoxlamalar zamanı ən çox rast gəlinən nöqsanlar və qanunpozuntuları aşağıdakılardır:

* Lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar aşkar edilib –31 halda;

* Lisenziya olmadan iş və fəaliyyət aşkarlanıb – 14 halda;

* Lisenziyadan kənar iş və fəaliyyət aşkarlanıb – 8 halda;

* Sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti iləməşqul olma faktı aşkarlanıb – 9 halda;

* Lisenziya olmadan iş və fəaliyyət, sertifikasiya şəhadətnaməsiolmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşqul olmafaktı aşkarlanıb – 2 halda;

* Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəltibb fəaliyyəti ilə məşqul olma faktı aşkarlanıb – 5 halda.

Qeyd edilir ki, aparılan yoxlamaların nəticəsi olaraq, “İnzibatıXətalar Məcəlləsi”nə əsasən inzibati protokollar tərtib olunub,lisenziya şərtləri ilə bağlı nöqsanlara görə rəsmi qərar vəbildirişlər verilib, klinikalara nöqsanların aradan qaldırılmasıüçün müddət verilib.

"AEM vətəndaşlara tövsiyə edir:

Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət,şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verəbilərlər:

* “Bir pəncərə” sektoru

* Qaynar xətt: (012) 596 05 20

* E-poçt: [email protected]

* Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)

Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurətolduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyatakeçirilir",- Mərkəzdən əlavə olunub.

Seçilən
40
1
az.trend.az

2Mənbələr