AZ

İspaniya Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyə qərar verib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Madrid, 23 oktyabr, AZƏRTAC

İspaniya Ukraynaya çatdırılmaq üçün ABŞ istehsalı silahların alınmasını maliyyələşdirmək niyyətindədir.

AZƏRTAC “El País” qəzetinə istinadla xəbər verir ki, Madrid bir müddət tərəddüddən sonra NATO müttəfiqlərinin Ukrayna üçün Amerika

ehtiyatlarından silah aldığı PURL təşəbbüsünə qoşulmaq qərarına gəlib.

Məlumata görə, 2024-cü ildə imzalanmış müqaviləyə əsasən, İspaniya artıq Ukraynaya hər il təqribən 1 milyard avro dəyərində yerli istehsal silahlar tədarük edir.

“El País” qeyd edir ki, Avropa İttifaqı iqtisadi çətinliklərə baxmayaraq, Kiyevə dəstəyi davam etdirməyin yollarını axtarır.

Qəzetin mənbələrinin bildirdiyinə görə, İspaniyanın ödəyəcəyi dəqiq məbləğ hələ müəyyənləşdirilməyib.

Ekspertlərin fikrincə, Madridin Amerika hərbi texnikasının alınmasına qoşulması NATO çərçivəsində İspaniya və ABŞ arasında müdafiə xərcləri ilə bağlı fikir ayrılıqlarının azaldılmasına kömək edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
3
azertag.az

4Mənbələr