AZ

Ehsana sərf olunacaq vəsaitlə yol təmir etdirdilər - Hamı bu addımı alqışlayır - VİDEO

Ağstafada iki qardaş vəfat edən atalarına dəbdəbəli ehsan təşkil etməyiblər. Onlar ehsana xərclənəcək vəsaiti yaşadıqları kəndin mərkəzi yolunun təmirinə sərf ediblər.

Day.Az xəbər verir ki, rayonun Aşağı Kəsəmən kəndində yaşayan Mansırovlar ailəsi həmin yola çınqıl tökdürüblər.

Qardaşlar bildiriblər ki, bu nümunəvi addımla həm atalarına əbədi rəhmət qazandırıblar, həm də kənd sakinlərinə örnək olmaq istəyiblər.

Kənd sakinləri də mərhumun övladlarının gördüyü bu işi yüksək qiymətləndirir və alqışlayırlar. Onların fikrincə, Mansırov qardaşlarının bu davranışı gələcəkdə ənənəyə çevriləcək.

Qardaşlar əlavə olaraq kənd qəbiristanlığında abadlıq işləri aparmağı da planlaşdırırlar.

Belə təşəbbüslərə artıq ölkənin müxtəlif bölgələrində də rast gəlinir və bu cür addımlar getdikcə daha geniş yayılır.

Xezerxeber.az mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edib.

Seçilən
97
day.az

1Mənbələr