BAKI, 23 oktyabr. TELEQRAF
Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev ABŞ-nin ölkəsindəki səfiri Lesli Viqeri qəbul edib.
Teleqraf xəbər verir ki, tərəflər Qırğızıstan-ABŞ əməkdaşlığı və C5+1 formatı çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.
Kulubayev bildirib ki, Qırğızıstan ABŞ ilə siyasi dialoqun gələcək inkişafına, eləcə də ticari-iqtisadi və investisiya əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verir. Xüsusilə, Qırğızıstan tərəfi Amerika investisiyalarının cəlb edilməsində ABŞ işgüzar dairələrinin ölkə iqtisadiyyatında iştirakının genişləndirilməsində, birgə layihələrin təşviqində maraqlı olduğunu qeyd edib.
Viza məsələlərinə xüsusi diqqət yetirilib. Sonda tərəflər Qırğızıstan-ABŞ münasibətlərini daha da dərinləşdirmək üçün qarşılıqlı istəklərini bir daha təsdiqləyiblər və müntəzəm işgüzar əlaqələri davam etdirmək barədə razılığa gəliblər.