AZ

Dublində etiraz aksiyalarında 23 nəfər saxlanılıb

İrlandiyanın paytaxtı Dublində afrikalı miqrantın 10 yaşlı qıza təcavüz etməsi xəbərindən sonra etiraz aksiyaları keçirilir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki gündür davam edən aksiyada 23 nəfər saxlanılıb. 

İğtişaşlar zamanı etirazçılar polis əməkdaşlarına şüşə və kərpic atıblar. Bildirilir ki, aksiyada uşaqlar və yeniyetmələr iştirak edir. İrlandiyanın ədliyyə naziri Jim O'Callaghan bildirib ki, təcavüzdə şübhəli bilinən şəxs həbs edilib və ictimai təhlükəsizliyə heç bir təhlükə yoxdur.

Seçilən
157
unikal.az

1Mənbələr