BAKI, 23 oktyabr. TELEQRAF
“Beynəlxalq terror təşkilatları MDB ölkələrində əsasən ən həssas təbəqə hesab olunan əmək miqrantlarını cəlb edirlər”.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimov deyib.
“Bu gün terror və ekstremist təşkilatlar, eləcə də transmilli və kibercinayətkarlıqla əlaqəli gizli hücrələr regionda sabitliyi pozmaq məqsədilə fəallaşıblar. Son illər beynəlxalq terror təşkilatları region ölkələrinin ərazilərində gizli hücrələr formalaşdırırlar. İdeoloji cəlbetmə əsasən əhalinin ən həssas təbəqəsi olan əmək miqrantları arasından aparılır. Bunun üçün isə regional mentalitetdən istifadə edilərək radikal ideologiyanın yayılması və İslamın siyasiləşdirilməsi həyata keçirilir”, – Yatimov qeyd edib.