Bakıda evdə yanğında ölən şəxsin kimliyi məlum olub.
7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də gecə saat 22:35-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 128, mənzil 91-də baş verib. Evdə qəfil yanğın başlayıb. Hadisə nəticəsində evdə tənha yaşayan 1963-cü il təvəllüdlü Vadim Vladimiroviç Stupnikov tüstüdən boğularaq ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.