AZ

Nazirliyin sistemində problem oldu: Ünvanlı dövlət sosial yardıma imtina gəldi FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sistemində problem yaranıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, ƏƏSMN-nin sistemində yaranmış problemə görə, ünvanlı dövlət sosial yardım müraciətinə imtina gəlib.

İmtina bildirişində göstərilib ki, qurumlararası yoxlanış üzrə vətəndaş müraciətlərinin emalı zamanı texniki problem yaşanıb.

Yalnız rəsmi müraciətdən sonra sözügedən xəta aradan qaldırılıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı -  aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Mehman Əsədov

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
1
news.milli.az

2Mənbələr