AZ

İlk səfərim Türkiyəyə olacaq, siyasətimz Ankaraya uyğun qurulacaq Tufan Erhürman

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şimali Kipr Türk Cümhuriyyətinin yeni prezidenti seçilən Cümhuriyyət Türk Partiyasının sədri Tufan Erhürman müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bəzi iddiaların əksinə olaraq, siyasətlərinin əvvəlki dövrlərdə olduğu kimi rəmsi Ankaranın siyasətinə uyğun davam etdirəcəklərini xüsusi vurğulayıb.

Tufan Erhürman bildirib ki, ilk səfərini də ənənəvi olaraq Türkiyəyə edəcək: "Kipr gələcəyi və digər kritik xarici siyasət məsələləri, sözsüz ki, Ankara ilə məsləhətləşərək, onun siyasətinə uyğunlaşdırılaarq aparılacaq. Yəni, indiyə qədər olduğu kimi, eyni ənənə davam edəcək. Mənim borcum dövlətlərimiz və xalqlarımız arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdır. Andiçmə mərasimimiz cümə günüdür. Bundan dərhal sonra Türkiyə səfərinı hazırlıq başlanılacaq”.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
mia.az

1Mənbələr