Donald Trampın keçmiş müşaviri, istefasından sonra ABŞ prezidentinin ən sərt tənqidçilərindən birinə çevrilən Con Bolton bildirib ki, Tramp heç vaxt Ukraynanın tərəfində olmayacaq...
Poliqon xəbər verir ki, bu barədə The Times yazıb.
"Tramp gələn il Nobel Sülh Mükafatını qazanmaq şansı verəcək Ukrayna ilə bağlı razılaşmaya və ya ən azı atəşkəsə nail ola bilməyəcəyinə qərar verərsə, bundan imtina edəcək", deyə Bolton qeyd edib.
Eyni zamanda o, əmindir ki, Tramp heç bir şəraitdə Ukraynanı dəstəkləməyəcək:
"O, hələ də dostu Vladimir Putinin ona köməyə gələ biləcəyini düşünür. Əslində münaqişədən çıxmaq istəyir, amma uduzan kimi görünmək istəmir".
Poliqon.info