AZ

"Qarabağ" uduzdu, Azərbaycanın mövqeyi... - REYTİNQ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin üçüncü turunun görüşlərindən sonra ölkələrin reytinqini yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə ötən gecə İspaniyada "Atletik Bilbao"ya uduzaraq (2:0) ölkəmizin xal ehtiyatını artıra bilməyib. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın ilk iki turdan fərqli olaraq, uğurlu nəticə əldə edə bilməməsi nəticəsində Azərbaycanın cari mövsümkü reytinqi 4,875-də, son 5 ildəki göstəricisi isə 22.000-də qalıb. 

Azərbaycanın UEFA reytinqindəki mövqeyi də dəyişməz qalıb. Ölkəmiz sıralamada 25-ci yerdə qərarlaşıb. Bir addım öndəki Serbiyanın 22.375, təqibçimiz Slovakiyanın isə 21.375 əmsalı var. 

Qeyd edək ki, UEFA reytinqinə 98.783 əmsalla İngiltərə liderlik edir.

Seçilən
35
3
fanat.az

4Mənbələr