AZ

Qida yolu ilə dabaq virusunun insan orqanizminə keçməsi mümkün deyil - Nazirlik rəsmisi

Bakı. Trend:

Dabaq xəstəliyi ictimai sağlamlıq üçün təhlükəyaratmır. Bu xəstəlik çox nadir hallardainsanlara yoluxa bilər. Tarix boyu insanların dabağa yoluxmasıhalları çox az qeydə alınıb. Belə yoluxmalaradətən birbaşa xəstə heyvanla intensiv təmaszamanı baş verir — yəni insan virusla çirklənmiş sekresiyalarlauzunmüddətli təmasda olduqda. Bununla belə, buhallar istisnadır və insanın dabağa yoluxması ilə bağlıepidemioloji risk çox aşağıdır.

Bu fikirləri Trend-ə AqrarXidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq XidmətləriMərkəzinin rəis müavini Yusif İbrahimovbildirib.

O qeyd edib ki, insanların çiy ətlə təması nəticəsində dabaqxəstəliyinə yoluxması elmi cəhətdən sübutolunmayıb: “Qida yolu ilə bu virusun insan orqanizminəkeçməsi demək olar ki, mümkün deyil. Çünki ət vəət məhsulları termiki emaldan — yəni bişirmə, qızartma vəs. proseslərdən keçdikdə virus tamamilə məhvolur. Buna görə də vətəndaşlara ət məhsullarınıqaydalara uyğun bişirməyi, həmçininbaytarlıq nəzarətindən keçməmiş heyvan məhsullarındanistifadə etməməyi tövsiyə edirik. Fermerlərimizə isətövsiyəmiz odur ki, kənd təsərrüfatı heyvanları ilə təmas zamanısanitariya-gigiyena qaydalarına ciddi əməletsinlər. Əgər xəstə heyvana təmas olubsa,əllərini və geyimlərini yaxşıcatəmizləsinlər.

Yusif İbrahimov əlavə edib ki, dabaq xəstəliyi əsasənheyvanlar üçün təhlükəli olan bir xəstəlikdir vəinsanlar üçün ciddi risk yaratmır: “Bir dahamütəxəssis kimi əminliklə bildirirəm ki, çiy ət vasitəsiləvirusun insanlara keçməsi praktik olaraqqeyri-mümkündür.”

Seçilən
34
13
az.trend.az

10Mənbələr