BAKI, 23 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 23-24-də Brüsseldə rəsmi səfərdə olacaq.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində Özbəkistan və Avropa İttifaqı arasında tarixi Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması gözlənilir.
Özbəkistan KİV yazıb ki, saziş ikitərəfli münasibətlərin strateji istiqamətini müəyyən edir. Sənəd, ilk növbədə, Özbəkistan iqtisadiyyatının müasir qlobal sistemə inteqrasiyası və Avropa bazarları ilə praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Müqavilə 1996-cı il sənədini əvəz edir və Özbəkistanla Avropa İttifaqı arasında münasibətləri yeni səviyyəyə çıxarır. Onun əsas məzmunu iqtisadi praqmatizm və praktiki nəticələrdir. Sənəd azad bazar prinsiplərinin gücləndirilməsi, gömrük və texniki maneələrin azaldılması, xidmətlər ticarətinin liberallaşdırılması və birbaşa investisiya axınının təşviqini nəzərdə tutur.