AZ

7 İLLİK VERGİ GÜZƏŞTİ LƏĞV OLUNUR – Yeni vergi dərəcələri AÇIQLANDI

Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslər üçün 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq. 

Hurriyyet.az bildirir ki, bu barədə yeni vergi dərəcələri ilə bağlı təqdim olunan plan açıqlanıb.

2026-cı ildən etibarən gəlir vergisi aşağıdakı şəkildə tətbiq olunacaq:

Aylıq gəliri 2 500 manata qədər olanlar üçün

2026-cı ildə – 3 %

2027-ci ildə – 5 %

2028-ci ildən – 7 %

Aylıq gəliri 2 500 – 8 000 manat aralığında olanlar üçün:

2026-cı ildə – 75 manat + 2 500 manatdan artıq hissənin 10%-i

2027-ci ildə – 125 manat + 2 500 manatdan artıq hissənin 10%-i

2028-ci ildən – 175 manat + 2 500 manatdan artıq hissənin 10%.

Aylıq gəliri 8 000 manatdan çox olanlar üçün:

2026-cı ildə – 625 manat + 8 000 manatdan artıq hissənin 14%-i

2027-ci ildə – 675 manat + 8 000 manatdan artıq hissənin 14%-i

2028-ci ildən – 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i

Qeyd edək ki, bu dəyişikliklər fiziki şəxslərin gəlirlərindən tutulan vergi yükünün tədricən artırılmasını nəzərdə tutur və mərhələli şəkildə həyata keçiriləcək.

Bundan əlavə, 2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarı da artırılacaq. Belə ki, hazırda 285 manat olan bu göstəricilər gələn ildən 15 manat artırılaraq 300 manat səviyyəsində müəyyən ediləcək.

AzPolitika.info

Seçilən
52
hurriyyet.az

1Mənbələr