AZ

“Qarabağ” Çempionlar Liqasında neçəncidir?

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura yekun vurulub.

Milli.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə İspaniyanın "Atletik Bilbao" klubu ilə üz-üzə gəlib.

Ağdam təmsilçisi bu görüşdə 1:3 hesabı ilə məğlub olaraq cari mövsümdə ilk dəfə uduzub.

Qurban Qurbanovun komandası ilk turda "Benfika"nı, ikinci turda isə "Kopenhagen"i məğlub etmişdi. Hazırda "Qarabağ" 6 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksəlir. 9-24-cü yerlərdə qərarlaşanlar pley-off mərhələsində mübarizəni davam etdirəcək, 25-36-cı pillələri tutanlar isə avrokuboklarda çıxışlarını dayandıracaqlar.

Hüseyn
Milli.Az

Seçilən
34
milli.az

1Mənbələr