AZ

ARDNF qızıl alışını artırıb

Bakı. Trend:

Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızılehtiyatlarını 184,8 tona çatdırıb.

Trend bubarədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 tonvə ya 45,5% çoxdur.

Bu ilin oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılınxüsusi çəkisi 32,8% olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faizbəndi çoxdur.

“Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimumsəviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobalmiqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindənhəyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcudtələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticəetibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelininperformansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənargəlirlərin artımına töhfə verib”, - məlumatda vurğulanıb.

Məqalədə:
Seçilən
41
2
az.trend.az

3Mənbələr