AZ

“YouTube”da senzuradan keçməyən kadrlar məktəblilərə göstərildi – Video

Bakının bir neçə məktəbində aparıcı Nail Kəmərlinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib.

Yenisabah.az xəbər verir ki, tədbirlər “Narkomaniyaya yox deyək” mövzusuna həsr olunub.

Nail Kəmərli narkotiklərin insan həyatı və cəmiyyət üçün yaratdığı ciddi fəsadlardan danışıb. O bildirib ki, narkotik vasitələr təkcə bir şəxsin həyatını məhv etmir, ailələri dağıdır, gələcəyi zəhərləyir və cəmiyyət üçün təhlükəli sosial nəticələr doğurur. pizza sifarişi

Bloqçu şagirdlərə “YouTube” platformasında senzura ucbatından nümayiş etdirə bilmədiyi real kadrlar göstərib. Həmin görüntülərdə narkotik asılılığına düçar olmuş şəxslərin bədənində yaranan dərin yaralar, dəhşətli fiziki dəyişikliklər və fəsadları əks olunub.

Tədbirdə iştirak edən məktəblilər çıxışlarında vurğulayıblar ki, onlara ən çox təsir edən məqam məhz bu real görüntülər olub. Onların sözlərinə görə, bu kadrlar narkotiklərin insanı necə məhv etdiyini daha aydın göstərib və onlarda belə vərdişlərə qarşı güclü nifrət yaradıb.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr