AZ

Neft Fondu 9 ayda layihələrə 34,3 milyon manat ayırıb

BAKI, 23 oktyabr. TELEQRAF

2025-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) icrası davam edən layihələrə 34,3 milyon manat yönəldib.

Teleqraf xəbər verir ki, Fond “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat xərcləyib.

Eləcə də, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat ayrılıb.

Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil edib.

Seçilən
76
2
teleqraf.com

3Mənbələr