AZ

Avropa İttifaqı yeni sanksiya paketi çərçivəsində Rusiyadan maye qaz idxalına qadağa qoyur

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 oktyabr, AZƏRTAC

Avropa İttifaqının növbəti, 19-cu sanksiyalar paketi üzv ölkələrə Rusiyadan maye qaz idxalını qadağan edir.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, yeni sanksiyalar paketi, həmçinin Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiqini də nəzərdə tutur.

Qadağanın mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir. Qısamüddətli müqavilələr üçün 6 aylıq keçid dövrü müəyyən edilib. Uzunmüddətli müqavilələr üzrə qadağa isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
2
azertag.az

3Mənbələr