Rusiyanın Buryatiya vilayətinin Ulan-Ude şəhərində "Vostok" şirkətinin hazır məhsullarından zəhərlənən şəxslərin sayı 159-a çatıb, onlardan 90-ı uşaqdır. Rusiya mediasının yaydığı ən son məlumata görə bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
"23 oktyabr tarixinə olan məlumata görə, 159 hal qeydə alınıb, onlardan 90-ı uşaqdır. Xəstəxanada 82 nəfər stasionar müalicə alır, onlardan 51-i uşaqdır", - Nazirlikdən bildirilib.
Mətləb