AZ

ARDNF neft-qaz sazişlərinin icrasından əldə etdiyi gəlirləri açıqlayıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri ötən illə müqayisədə 16,8 faiz azalaraq 7 milyard 837,7 milyon manat olub.

AZƏRTAC ARDNF-nin cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 7 milyard 68,8 milyon manat (18,2 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat (1,66 faiz azalma), akrhesabı ödənişlər 3,6 milyon manat (sabit qalıb) gəlir əldə edilib.

Seçilən
63
3
azertag.az

4Mənbələr