AZ

Sinqapurda ilk pilotsuz sistem daşıyan gəmi suya salınıb

Sinqapur Hərbi Dəniz Qüvvələri tərəfindən sifariş edilən ilk çoxməqsədli döyüş gəmisi (MRCV) ST Engineering Marine Limited gəmiqayırma şirkəti tərəfindən suya buraxılıb.

Herbiand.az bildirir ki, yeni gəmilərin dizaynında adi silahlar əvəzinə avtonom pilotsuz sistemləri daşımaq qabiliyyətinə malik olmasına xüsusi diqqət yetirilir.

Açılış mərasiminə Sinqapurun müdafiə naziri Çan Çun Sin rəhbərlik edib. Həmçinin, Silahlı Qüvvələrin rəisi, vitse-admiral Aaron Benq, Hərbi Dəniz Qüvvələrinin rəisi, kontr-admiral Şon Vat, müdafiə qurumunun, Müdafiə Elm və Texnologiya Agentliyinin (DSTA) yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

İlk MRCV sinifli çoxfunksiyalı gəminin tikintisinə 2024-cü ilin martında başlanılıb. Onun Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi 2028-ci ildə gözlənilir.

Sinqapur hərbi rəhbərliyi yeni gəmilərin dəqiq texniki xüsusiyyətlərini və ya avadanlıq siyahısını açıqlamayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr