AZ

Babacanyan: Artıq Türkiyəyə var, Rusiyaya ehtiyac yoxdur

BAKI, 23 oktyabr. TELEQRAF

“Ermənistan–Türkiyə sərhədinin açılması Ermənistanın suverenliyinin bərpası və bölgədə yeni subyektliklə yenidənqurma proseslərinə qoşulması baxımından həyati bir addımdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan.

“Bu gün geosiyasi reallıq dəyişib, Türkiyə və Ermənistan vasitəçi olmadan münasibət qurublar ki, bu da xarici təhlükə doqmasının artıq keçmədiyini göstərir. Bu şəraitdə Gümrüdəki 102-ci hərbi bazanın (Rusiya) mövcudluğu artıq təhlükəsizlik zəmanəti deyil, Ermənistanın xarici siyasətdə manevr azadlığının məhdudlaşdırılması deməkdir.

Ermənistan və Türkiyə arasında sərhədin açılması və kommunikasiya kanallarının qurulması eskalasiya ehtimalını azaldır, o mənada ki, iqtisadi maraqların kəsişməsi sabitliyin xeyrinə işləyir. Diplomatik səviyyədə bu, Ermənistanın regionda əlaqələndirici həlqə kimi bərpa olunmuş subyektliyinin göstəricisidir.

Bu, ləyaqət və məsuliyyət seçimi məsələsidir: ya açıq sərhədlərlə özünəinamlı dövlətə çevrilirik, ya da qapalı sərhədlərin arxasında başqalarının hesablamalarından asılı olan bir məkan kimi qalırıq. Asılı sabitlik illüziyası altında yaşayan ərazi deyil, müstəqil qərar qəbul edən dövlət kimi Ermənistanın xəritədə yerini dəyişdirməyin vaxtı çatıb”, - o bildirib.

Seçilən
47
teleqraf.com

1Mənbələr