2025-ci ilin sentyabr ayının 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 70 milyard 160.3 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, ümumi investisiya portfelinin 34.7%-ni istiqraz və pul bazarı alətləri ( 24 mlrd. 345.6 mln. dollar), 25.8%-ni səhmlər (18 mlrd. 101.4 mln dollar), 6.7%-ni daşınmaz əmlak (4 mlrd. 700.4 mln. dollar) 32.8%-ni isə qızıl ( 23 mlrd. 12.5 milyon dollar) təşkil edir.
Qeyd edək ki, cari ilin oktyabr ayının 1-nə investisiya portfelinin 29.1%-i Avropa, 24.8%-i Şimali Amerika, 8.5%-i Asiya, 1.4%-i Yaxın Şərq, 1%-i Avtraliya, 0.1%-i isə Cənubi Amerika regionunda cəmləşib.
Xatırladaq ki, ARDNF cəmi investisiya portfeli ilin əvvəli ilə müqayisədə 16.9% və ya 10 milyard 130.8 milyon ABŞ dolları artıb.