AZ

NATO-nun baş katibi Trampa minnətdarlıq etdi

NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda keçirilən görüşdə Donald Trampla Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı apardığı müzakirələrin təfərrüatlarını bölüşüb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Rutte qeyd edib ki, Trampla söhbətində müzakirələr NATO-nun Ukraynada ədalətli və davamlı sülhün bərqərar edilməsinə dəstəyinə yönəlib.

“Mən prezident Trampa qətlləri dayandırmaq üçün göstərdiyi əsas səylərə görə minnətdaram. Atəşkəs bunun üçün ilk addımdır, onlar “olduqları yerdə dayanmalıdırlar”. Ukrayna hazırdır və hər kəsin Ukraynaya dəstək, sanksiyalar, xüsusən də “kölgə” donanmasına qarşı və digər tədbirlər vasitəsilə Rusiyanı danışıqlar masasına oturtmaq üçün təzyiq göstərməsi mühümdür”, – Mark Rutte yazıb.

Ağ Evin görüşlə bağlı dərc etdiyi şərhdə bildirilib ki, Trampla Rutte arasında “çox yaxşı müzakirələr aparlıb” və “Ukrayna və Rusiya üzrə işlər kifayət qədər yaxşı gedir”.

Maraqlıdır ki, təxminən eyni vaxtda Donald Trampın ikinci administrasiyası dövründə Rusiyaya qarşı ilk irimiqyaslı sanksiyalar elan edilib.

Xatirə SADİQ

Seçilən
10
nocomment.az

1Mənbələr