AZ

Neft Fondunun investisiya portfelində avro və funt sterlinqin payı cüzi azalıb

BAKI, 23 oktyabr. TELEQRAF

Cari ilin üçüncü rübündə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində əsas pay ABŞ dollarına aid olub.

Teleqraf xəbər verir ki, 70 milyard 160,3 milyon ABŞ dolları olan portfelin 47 milyard 589 milyon dolları bu valyutada yerləşdirilmiş vəsaitlərdir. Bu da portfelin 67,8 faizi deməkdir.

Portfeldə avronun payı 11 milyard 987,8 milyon (20%), ingilis funt sterlinqinin 2 milyard 554,7 milyon (4,9%), Çin yuanının 11 milyon 379,6 min (2,3%), yapon yeninin 140 milyon 351,9 min (1,4%), digər valyutaların isə 2 milyon 533,9 min dollar (3,6%) olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə fondun cəmi investisiya portfeli 61 milyard 190,8 milyon dollar olub. Portfelin 67%-i dollarda, 20,3%-i avroda, 5,1%-i ingilis funt sterlinqində, 2,6%-i Çin yuanı və 1,4%-i yapon yenində, 3,6%-i isə digər valyutalarda yerləşdirilmiş vəsaitlər olub.

Seçilən
68
teleqraf.com

1Mənbələr