AZ

Mark Rubio: ABŞ hələ də ruslarla görüşməkdən çəkinmir

ABŞ Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyaların tətbiqinə baxmayaraq, hələ də ruslarla görüşə ümid edir...

Poliqon CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib.

"Biz hələ də ruslarla görüşmək istərdik. Xarici işlər naziri Sergey Lavrovla yaxşı söhbətim oldu və biz bu müzakirəni davam etdirəcəyik", deyə Rubio çərşənbə günü axşam jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ sülh əldə etmək imkanı olarsa, əməkdaşlıqda həmişə maraqlı olacaq.

"Düşünürəm ki, prezident bir neçə aydır sülh sazişində irəliləyiş əldə etməsək, nə vaxtsa nə isə etməli olacağını dəfələrlə deyib. Bu gün o, nəsə etmək qərarına gəlib", deyə dövlət katibi qeyd edib.

Qeyd edək ki, ABŞ "Rosneft" və "Lukoyl"a qarşı sərt sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi izah edib ki, məhdudiyyətlər Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi öhdəliyi olmadığına görə tətbiq edilir. Sanksiyalar "Rosneft" və "Lukoyl"la yanaşı, birbaşa və ya dolayısı ilə bu nəhənglərə 50% və ya daha çox sahib olan şirkətlərə də birbaşa sanksiya siyahısına daxil edilməsələr də təsir edəcək. Bunlar "Rosneft"in 28 və "Lukoyl"un 6 törəmə şirkətidir.

ABŞ prezidenti Donald Tramp yeni sanksiyalarla bağlı vaxtının çatdığını hiss etdiyini deyib. O, həmçinin Vladimir Putinlə əvvəlcədən elan edilmiş görüşü ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Sky News hesab edir ki, ABŞ-ın neft sanksiyaları Vladimir Putini çıxılmaz vəziyyətə salır. Nəşr eyni zamanda yazır ki, belə bir addım qlobal bazar üçün risklər daşıyır, çünki enerji qiymətlərinin artması ABŞ-ın özünə də ziyan vura bilər.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr