AZ

Çempionlar Liqasının tarixində "Çelsi" kimi komanda olmayıb -Rekord

"Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Ayaks"ı darmadağın edib.

Fanat.Az xəbər verir ki, 5:1 hesabı ilə nəticələnən matçda Amsterdam komandasının qapısına vurulan qollardan 3-nü gənc oyunçular vurublar. 

Söhbət 19 yaşlı Mark Qiu və Tirik Corc, həmçinin, 18 yaşlı Estevandan gedir. 

"Opta Joe"-nin hesablamasına görə, beləliklə, "Çelsi" UEFA Çempionlar Liqası tarixində 20 yaşadək üç fərqli oyunçunun bir matçda qol vurduğu ilk komanda olub.

Liqa mərhələsində keçirdiyi üç oyunda 6 xal toplayan "Çelsi" hazırda turnir cədvəlində 11-ci yerdədir. 

Mirağa

Seçilən
41
fanat.az

1Mənbələr