AZ

Ərəb ölkələri Qəzzaya girirlər

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ bu həftə bölgədə münaqişənin həlli üçün sülh planının bir hissəsi kimi Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması üçün ərəb ölkələrindən təcili olaraq maliyyə, hərbi və diplomatik dəstəyin təmin edilməsi ilə məşğuldur.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadla bildirib.

Portalın məlumatına görə, ABŞ yaxın bir neçə ay ərzində Qəzzaya tammiqyaslı beynəlxalq kontingent yerləşdirməyi gözləyir. Bundan əlavə, Vaşinqton Qəzzanın iqtisadi dirçəlişi üçün maliyyə vəsaitinin toplanmasını əlaqələndirəcək və yenidənqurma prosesinə nəzarət edəcək Sülh Şurası yaratmaq üçün Körfəz ölkələri ilə danışıqları intensivləşdirib.

“Axios”un mənbəsi qeyd edib ki, bu məqsədləri nəzərə alaraq, ABŞ Prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner bu həftə danışıqlar üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Seçilən
63
teleqraf.com

1Mənbələr