AZ

Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)investisiya portfelinin dəyəri 70,160 milyard ABŞ dolları təşkiledib.

Bu barədə Trend Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,969milyard ABŞ dolları və ya 14,7% çoxdur.

Hesabat dövrünə ARDNF-nin investisiyalarının 67,8%-i və ya47,589 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünənisbətən 0,8 faiz bəndi çoxdur.

Eyni zamanda Fondun investisiya portfelində avronun payı bir iləvvəlki göstərici ilə müqayisədə 20,3%-dən 20%-ə və ya 11,988milyard avroya enib.

İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,9% vəya 2,555 milyard funt sterlinq təşkil edib ki, bu da illikmüqayisədə 0,2 faiz bəndi azdır.

Həmçinin bu ilin ilk 9 ayında ARDNF-nin investisiya portfelindəÇin yuanınln payı 0,3 faiz bəndi azalaraq 2,3% (11,380 milyard),Yapon yeninin payı dəyişməyərək 1,4% (140,352 milyon), digər xaricivalyutaların payı da dəyişməyərək 3,6% (2,534 milyard dollarekvivalentində) təşkil edib.

Məqalədə:
Seçilən
73
3
az.trend.az

4Mənbələr