“Sumqayıt”da növbəti ayrılıq yaşanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tayris Devislə yollar ayrılıb.

Oyunçu ilə bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Devis "Sumqayıt"ın sıralarına bir ay əvvəl qoşulmuşdu.