AZ

Səhiyyə Nazirliyi: Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb

BAKI, 22 oktyabr. TELEQRAF

Sosial şəbəkələrdə “Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması” ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlıinsanlar arasında yoluxma faktı aşkarlanmayıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.
Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar.

Seçilən
12
38
teleqraf.com

10Mənbələr