AZ

İsveç gələcəkdə Ukraynaya 100-dən çox Gripen” qırıcısı tədarük edə bilər

İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenski hava imkanları sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalayıblar.

“Poliqon” İsveç hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, Stokholm və Kiyev arasında imzalanan bu sənəd gələcəkdə böyük həcmli ixrac müqaviləsinin ilk addımı hesab olunur.

İsveç Ukrayna Hərbi Hava Qüvvələrinin gələcək inkişafını dəstəkləyir. Bu yeni İsveç-Ukrayna əməkdaşlığı hava döyüşü və müdafiəsi, eləcə də bu sahədə qabaqcıl imkanlardan, məsələn, qırıcı təyyarələrdən istifadə üzrə təcrübə və bilik mübadiləsini əhatə edəcək.

“Prezident Zelenskiyə İsveçdə, Linköping şəhərində ev sahibliyi etməkdən qürur duyuram. Bu gün biz mühüm bir niyyət məktubu imzaladıq ki, bu da Ukrayna Hərbi Hava Qüvvələri üçün 100-150 ədəd “Gripen” qırıcısının tədarükünü əhatə edən böyük ixrac razılaşmasına doğru bir addımdır. Prezident Zelenski həmçinin “Gripen” qırıcısının təsirli imkanlarını şəxsən görmək imkanı əldə etdi. Bu əməkdaşlıq Ukraynanı, İsveçi və Avropanı daha da gücləndirəcək”, – deyə Ulf Kristersson bildirib.

Xatırladaq ki, cari ilin sentyabrında Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant İvan Qavrilyuk, Ukraynaya “Gripen” qırıcılarının tədarükünün gözlənildiyini açıqlamış, ancaq çatdırılma ilə bağlı dəqiq vaxt və say verməmişdi.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Vlod

Volodymyr

Seçilən
22
poliqon.az

1Mənbələr