BAKI, 23 oktyabr. TELEQRAF
Bu gün Qazaxıstanın Aktyübinsk vilayətinin Samara-Şımkent avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə KAZİNFORM məlumat yayıb.
Hadisə zamanı "DAF" markalı yük avtomobili ilə "Qazel" markalı sərnişin mikroavtobusu toqquşub.
İlkin məlumatlara görə, yük maşını qarşı hərəkət zolağına çıxaraq qəzanın baş verməsinə səbəb olub.
Qəza nəticəsində "Qazel"in hər iki sürücüsü və 10 sərnişin hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı məhkəməyəqədər istintaq başlanıb.