Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.
Sanksiyaların əsas maddəsi Rusiya diplomatlarının Aİ daxilində hərəkətinin məhdudlaşdırılmasıdır. İndi diplomatik nümayəndəliklərin nümayəndələri yalnız akkreditə olunduqları ölkə daxilində səyahət edə biləcəklər. Avropadan olan mənbənin sözlərinə görə, bu addım görə, “uzun və mürəkkəb danışıqlardan sonra” atılıb.
Bundan başqa, 19-cu sanksiyalar paketinə Rusiya mayeləşdirilmiş təbii qazının Aİ ölkələrinə idxalının və təkrar ixracının qadağan edilməsi və Rusiya neftinin nəqlində iştirak edən 100-dən çox tankerə məhdudiyyətlərin qoyulması daxildir.
Hürr Tərcüman