
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heysem bin Tariq ilə görüşüb.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, Əl Aləm sarayında keçirilən görüş mətbuata qapalı keçirilib.
Bildirilib ki, Ərdoğan və Heysem bin Tariq daha sonra nümayəndə heyətləri arasında keçiriləcək iclasa sədrlik edəcək və iki ölkə arasında müqavilələrin imzalanma mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, Türkiyə lideri ötən gün Omana səfər edib.
Daşqın HəsənovMissiya.Az